“Böyük səhnəyə yol” adlı konsert proqramı keçirilib-FOTO

“Böyük səhnəyə yol” adlı konsert proqramı keçirilib-FOTO
Heydər Əliyev Sarayı rəhbərliyinin təşəbbüsü ilə "Böyük səhnəyə yol" adlı konsert proqramı keçirilib. Bu barədə SİA-ya sarayın mətbuat xidmətinin rəhbəri Anar Fərəcbəyli məlumat verib. Məlumata görə, konsertin əsas məqsədi sənətdə yeni addımlarını atan, çox istedadlı gənclərə böyük səhnəyə yol açmaq və onları üzə çıxartmaq, Azərbaycan musiqi sənətini daha da zənginləşdirməkdir.

Heydər Əliyev adına Saray gənc ifaçılara dəstək olmaq məqsədi ilə bu layihəni Azərbaycanın bir sıra bölgələrində də həyata da keçirməyi nəzərdə tutub. Belə ki, saray öz ənənəsinə sadiq qalaraq oktyabrın 4-də bu layihə çərçivəsində rəhbərliyinin təşkilatçılığı və əməkdar artisti Aybəniz Haşımovanın rəhbərliyi ilə 4 istedadlı ifaçılar Məhin Hümbətova, Çingiz Mustafayev, Tural Salmanov, Kamil Cəfərovun iştirakı ilə Bakının Mərdəkan qəsəbəsi, Şağan kəndində yerləşən 3 saylı uşaq internat evində və Xəzər rayon, Şüvəlan qəsəbəsində yetim və valideyn himayəsi olmayan uşaqlar üçün Respublika yardımçı internat məktəbində xeyriyyə konserti təşkil olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə