Bu gün xalq artisti, bəstəkar, Bakı Musiqi Akademiyasının professoru Xəyyam Mirzəzadənin 75 yaşı tamam olur. SİA-nın məlumatına görə, o, 1935-ci ilin məhz bu günündə Bakıda anadan olub. X.Mirzəzadə 1957-ci ildə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Elə həmin ildən orada çalışır. 1969-1983-cü illərdə kompozisiya kafedrasının müdiri olub.
Xəyyam Mirzəzadənin yaradıcılığına istər vətənimizdə, istərsə də xarici ölkələrdə marağın ilbəil artması belə bir qəti fikir söyləməyə imkan verir ki, onun əsərləri milli musiqi sənətimizdə qabarıq şəkildə ifadə olunan yeni intellektual-psixoloji mərhələnin təməlini qoyub. Hazırda Xəyyam Mirzəzadə Azərbaycan musiqi sənətində dolğun və bənzərsiz fərdi yaradıcılıq üslubu olan bir müəllifdir.
Son dərəcə müxtəlif insan xarakterlərinin cəmləşdiyi real dünyaya aydın baxış, incə və həssas lirik çalarlar, fikrin yığcamlığı, hərəkətlərin dinamikası və bir də həmişə zəkanın, məntiqin gücü ilə idarə edilən emosionallıq - bunlar, öz yaradıcılıq dəst-xəttinə, öz estetik məramına sadiq qalan, bu yoldan dönməyən X. Mirzəzadənin əsərlərinin səciyyəvi cəhətləridir.
Xəyyam Mirzəzadə bəstəkarlıqla yanaşı, həm də kompozisiya kafedrasında pedaqoji fəaliyyətlə məşğul olaraq uzun illər bu kafedraya rəhbərlik edib. Artıq neçə ildir ki, kompozisiya kafedrasının professoru olan Xəyyam Mirzəzadə çoxsaylı gənc mütəxəssislər yetişdirib. Gənc bəstəkarların və ifaçıların iştirakilə dünyanın bir sıra ölkələrində keçirilən müsabiqələrin münsiflər heyətinin üzvü olan professor Mirzəzadə bəstəkarların müxtəlif səviyyələrdə keçirilən müşavirə, plenum və qurultaylarında, elmi attestasiya komissiyalarının işində həmişə fəal iştirak edib.
Bəstəkar Mirzəzadəyə xas olan daha bir mühüm keyfiyyət ondan ibarətdir ki, o heç vax dinləyici auditoriyasının zövqünə uyğunlaşmağa çalışmır, heç vaxt yüngül şöhrət dalınca qaçmır. Onun öz yaradıcılığında əsasən instrumental musiqi janrı ilə kifayətlənməsi faktı dinləyici auditoriyasını məhdudlaşdırırdı, lakin bəstəkar bunu bilə-bilə, şüurlu surətdə bu yoldan dönmür, öz yaradıcılıq "Mən"inə, estetik mövqeyinə sadiq qalırdı.
O, 1970-ci ildə Azərbaycan Lenin komsomolu mükafatı laureatı, 1972-ci ildə əməkdar incəsənət xadimi, 1975-1986-cı illərdə SSRİ Dövlət mükafatı laureatı, 1987-ci ildə xalq artisti, 2000-ci ildə isə "Şöhrət" ordeninə layiq görülüb.
Onun əsərləri Avstriya, İngiltərə, Macarıstan, Hollandiya, Almaniya, İtaliya, Fransa və s. ölkələrdə ifa olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB