Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb

Oktyabrın 19-da Yakutiyada "Böyük qarın kəraməti" adlı beynəlxalq poeziya festivalına başlanılıb. SİA-nın məlumatına görə, festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı təmsil edir. Festivala müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.

Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin "Canlı avtoqraf" mərasimi təşkil olunacaq.

Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə