Nazir müavini: "Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur"

Hotellərin nikah kağızı tələb etməsi qanunsuzdur və dünya praktikasında belə hal yoxdur. SİA-nın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov deyib.

Nazir müavininin sözlərinə görə, nikah kağızını tələb etmək ən azı etik baxımdan doğru deyil. Media nümayəndələri də bu məsələni daim diqqətdə saxlayır, müzakirələr aparılır: “Bəzən hotellərdə qanunvericilikdən xəbəri olmayan insanlar çalışır. Bu, konkret işçinin özbaşınalığı da ola bilər. Düzdür, hazırda bu faktlar var, amma deməliyəm ki, onların sayı get-gedə azalır. Əgər vətəndaşlarımız belə faktlarla üzləşərsə, Mədəniyyət və Turizm Nazirliyinə müraciət edə bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...