İşçi Qrupunun növbəti iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli, 1138 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq Azərbaycan Respublikasının Turizm Şurası nəzmində Liberal hava nəqliyyatının əldə edilməsi üzrə İşçi Qrupu yaradılıb. SİA-nın məlumatına görə, işçi qrupunun yaradılmasında əsas məqsəd hədəf ölkələrlə gediş-dönüş hava nəqliyyatı xidmətləri üzrə müxtəlif liberallaşdırma mexanizmlərinin təhlil olunması, ölkənin aviasiya qanunvericiliyinin zəruri hallarda Avropanın aviasiya qanunvericiliyinə uyğunlaşdırılması, Bakı şəhərinin marketinq və kommunikasiya planı əsasında hədəf ölkələrdən turistlərin həftəsonu Bakıya daha rahat səfərinin təşkili və gözləntilərinin daha yaxşı qarşılanması üçün mövcud uçuş cədvəllərinin optimallaşdırılması, ölkə və regionların liberallaşdırılmış hava xidməti sazişinə daxil edilməsi məsələsinə dair təkliflərin hazırlanması və bu sahə üzrə digər mühüm məsələlərin həllidir.

Bununla əlaqədar olaraq, 17 oktyabr 2017-ci il tarixində İşçi Qrupunun növbəti toplantısı keçirilmiş, baş tutmuş tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin, Dövlət Mülki Aviasiya Administrasiyasının, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin, “Azərbaycan Hava Yolları” QSC-nin və Azərbaycan Konqreslər Bürosunun İşçi Qrupa üzv nümayəndələri iştirak ediblər.

Görüşdə ölkəmizdə mövcud hava limanlarına yerli və xarici aviaşirkətlər tərəfindən edilən uçuşlar, yaxın gələcəkdə fəaliyyətə başlayacaq yeni hava əlaqələri, Avropa İttifaqı ilə Azərbaycan arasında ortaq hava məkanı sazişinin layihəsinin mövcud vəziyyəti və digər məsələlər müzakirə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə