“Qu gölü” baleti nümayiş olunub

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş olunub. SİA-nın məlumatına görə, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatları Olqa Qolitsa və Denis Nedak ifa ediblər.

Həmçinin, səhnə əsərində sənət ocağının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və digərləri rol alıb.

Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə