“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçiriləcək

“Azərbaycan xalq musiqisinin əsasları” adlı dərs vəsaitinin təqdimat mərasimi keçiriləcək
Oktyabrın 6-da, saat 14.00-da Azərbaycan Bəstəkarlar İttifaqında (ABİ) Üzeyir Hacıbəylinin "Azərbaycan xalq musiqisinin əsasları" adlı dərs vəsaitinin təqdimat mərasimi keçiriləcək. Bu barədə SİA-ya ABİ-nin mətbuat xidmətinin rəhbəri İltifat Hacıxanoğlu məlumat verib. Məlumata görə, vəsait elmi tədqiqat üzrə musiqi məktəbləri və texnikumları üçün hazırlanıb.

Məlumat üçün bildirək ki, dərs vəsaitinin tərtibçisi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məktəb-studiyasının direktoru, əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə