Azərbaycan Musiqili Komediya Teatrından tamaşaçılara Ü.Hacıbəylinin "Arşın mal alan" komediyasının quruluşçusu kimi yaxşı tanış olan gənc rejissor Elvin Mirzəyev ixtisasını artırmaq üçün oktyabrın 7-də Yekaterinburqa - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrına yola düşəcək. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Ağca Muxtarova məlumat verib.
Teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçmək üçün oktyabrın 1-dən Tiflis şəhərinə ezam olunublar.
Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi Əlqismət Lalayev bu etimad və qayğı üçün teatr kollektivi adından Mədəniyyət və Turizm Nazirliyinə, şəxsən Əbülfəs Qarayevə dərin minnətdarlığını bildirib və son 20 il ərzində bu teatrdan bir kəsin belə təcrübə üçün başqa şəhərlərə göndərilmədiyini qeyd edib.
Ə.Lalayev onu da əlavə edib ki, başqa ölkə teatrlarında təkcə yaradıcı şəxslərin deyil, texniki işçilərin də təcrübə keçməsi xüsusən vacibdir: "Çünki ölkənin demək olar ki, bütün teatrları yenidən qurulur və bu gün Azərbaycan teatrlarında ixtisaslı texniki işçilərə də böyük ehtiyac duyulur. Ümid edirik ki, artıq dünya teatrlarına inteqrasiya olunan Azərbaycan teatr sənəti bu yolla daha böyük uğurlar əldə edəcək".

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB