Bakı Dövlət Sirki yeni mövsümü oktyabrın 22-də Böyük Moskva Sirkinin "Zolaqlıların Bakı səfəri" adlı proqramı ilə açacaqdır. SİA-nın məlumatına görə, proqramda 30-dək tanınmış sirk ustası-hava gimnastları, akrobatlar, jonqlyorlar çıxış edəcək, illüziyalar göstəriləcək, şir və pələnglərin attraksionu olacaqdır.
Bakılılar bu nömrələrin bəzilərini ilk dəfə görəcəklər. Noyabrın ortalarınadək davam edəcək proqramı sirk həvəskarları həftənin cümə, şənbə, bazar günləri, məktəblilər isə payız tətili günlərində hər gün izləyə biləcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB