"Cabir Novruz” Mədəniyyət Fondu tədbir keçirib

"Cabir Novruz” Mədəniyyət Fondu tədbir keçirib

10 oktyabr 2017-ci il tarixində "Cabir Novruz” Mədəniyyət Fondunun “Sağlığında qiymət verin insanlara” adlı layihəsi çərçivəsində, həmin fondun təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair, əməkdar müəllim, “Tərəqqi” medallı, “Cabir Novruz” Mədəniyyət Fondunun vitse-prezidenti Nəcməddin Mürvətovun yenicə çapdan çıxmış “Dünyamızın zərrəsiyəm”, “Şairdə sirr olmur...” kitablarının imza gününü keçirilib.

Qeyd edək ki, Nəcməddin Tacı oğlu Mürvətov 5 dekabr 1953-cü ildə Dəvəçi rayonunun Yuxarı Ələz kendində anadan olub. Onun adı “Azərbaycan yazıçıları XX-XXI yüzillikdə” ensiklopedik məlumat kitabına daxil edilib. 2008-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. Yazıçılar Birliyinin "Natəvan" klubunda keçirilən tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdırmalar şöbəsinin müdiri Sənan Talıbov, həmçinin tanınmış yazıçılar, jurnalistlər və əməkdar incəsənət xadimləri də iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə