“N” nömrəli hərbi hissədə tədbir keçirilib FOTOLAR

“N” nömrəli hərbi hissədə tədbir keçirilib FOTOLAR

Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin Yevlax şəhər nümayəndəliyinin tabeliyində olan şəhər Mədəniyyət Mərkəzi şəhər ərazisində yerləşən “N” nömrəli hərbi hissənin yaradılmasının 5-ci ili münasibəti ilə “Sən qalib gələcəksən” adlı ədəbi-bədii tədbir təşkil edib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə Yevlax şəhər Mədəniyyət Mərkəzinin direktoru Eldəniz Mustafayev açıb. O hərbi hissənin komandanlığını , zabit , gizir, çavuş, əsgər heyətini salamlayaraq təbriklərini çatdırıb və Cabir Novruzun “Azərbaycan” şerini söyləyib. Sonra söz şəhər Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən “Kür ” vokal instrumental ansamblına söz verilib və ansamblın solistləri Qaraməmmədli kənd Mədəniyyət evinin direktoru xanəndə Ədalət Əkbərov , Rəşad Hüseynov ,Orxan Əkbərov , Rəşad Şükürov bir-birindən rəngarəng musiqi nömrələri ilə tədbirə xüsusi bir zövq qatıblar.

Qonaq qismində Hərbi hissəyə dəvət olunan tanınmış incəsənət ustaları Yusif Mustafayev, Elşad Qarayev, o cümlədən gənc müğənnilər Nəzakət Veysəlova, Türkanə Kərimova tədbirə daha da gözəllik bəxş edərək hərbi hissənin bütün heyətinə böyük bir musiqi çələngi ərməğan etdilər. Sonra Ədalət Əkbərovun və Eldəniz Mustafayevin ifasında “Qarabağ ” kompozisiyası səsləndirilib. Bütövlükdə tədbir şəxsi heyətin böyük marağına səbəb olub. Tədbirin sonunda Hərbi hissənin komandanlığı bütün mədəniyyət işçilərinə o cümlədən, Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin rəhbərliyinə göstərilən diqqətə görə sonsuz minnətdarlıqlarını çatdırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə