Red Bull atleti Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib VİDEO
Velosiped sürmək üçün ilhamlandırıcı və maraqlı yerlərin daimi axtarışında olan Red Bull atleti Kenni Beley, ölkə ilə daha yaxından tanış olmaq və Qobustanda velosiped sürmək üçün Azərbaycana gəlib. SİA-nın məlumatına görə, səfərin nəticəsi olaraq, Kenni Mədəniyyət və Turizm Nazirliyi və Milli Turizm Təbliğat Bürosu ilə birgə Azərbaycanda çəkilən növbəti layihəsini təqdim edib. Videonun əsas məğzi ondan ibarətdir ki, Kenni yuxuda özünün Qobustanda yaşayan və qayaüstü şəkillər çəkən mağara insanı olduğunu görür və tədricən bu əraziləri özü üçün kəşf etməyə başlayır. "Həftə ərzində Qobustan qayalarında velosiped sürmək kifayət qədər
ekstremal idi. Qədim divar şəkillərinə yaxın ərazilərdə velosiped sürmək
gözəl hisslər idi və biz tarixi-bədii qoruğun əhval-ruhiyyəsini çatdırmağı bacardıq.
Aktiv palçıq vulkanlarında çimmək və təhlükəli ilanlarla qarşılaşmaq işimizə daha kəskin hisslər əlavə edirdi". – Kenni Beley. Layihə, "Qobustan" sözünün mənşəyinə görə "Land Of the Bulls" adlanır (dəqiq tərcümə: Öküzlər Diyarı). Tarixçilər, bu sözün tarixi və əhəmiyyəti barədə bir neçə fikir irəli sürürlər. Amma qədim dildə (Qavistan) dəqiq olaraq Öküzlər Diyarı kimi tərcümə olunur. Qədim zamanlarda bu ərazidə vəhşi öküzlərin yaşaması, həmçinin onların çoxsaylı qayaüstü şəkilləri ilə də sübut olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB