Bakı Musiqi Akademiyasının xor kollektivi beynəlxalq festivala hazırlaşır

Bakı Musiqi Akademiyasının xor kollektivi beynəlxalq festivala hazırlaşır

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Lumineux” ansamblı Gürcüstanın Qori şərhində keçiriləcək Xor musiqisi üzrə beynəlxalq festivala dəvət olunub.

BMA-dan SİA-ya bildirilib ki, kollektivin tərkibi akademiyanın xor dirijorluğu kafedrasının tələbələrindən ibarətdir.

Oktyabrın 11-dən 13-dək davam edəcək festivalda bir çox xarici ölkələrin xor kollektivi iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə