Bakıda “Qu gölü” nümayiş olunacaq

Bakıda “Qu gölü” nümayiş olunacaq

Oktyabrın 14-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin “Qu gölü” baleti nümayiş ediləcək. Teatrdan SİA-ya bildirilib ki, tamaşada əsas partiyaları Ukrayna Milli Operasının aparıcı solistləri, Ukraynanın Əməkdar artistləri, beynəlxalq müsabiqələr laureatları Olqa Qolitsa və Denis Nedak ifa edəcək.

Həmçinin, səhnə əsərində sənət ocağının aparıcı solistləri - Əməkdar artistlər Nigar İbrahimova, Samir Səmədov, solistlər Elmira Süleymanova, Ayan Eyvazova, Liana Mirabdullayeva və digərləri çıxış edəcək.

Səhnə əsəri Xalq Artisti, professor Cavanşir Cəfərov tərəfindən idarə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə