İstanbulda X Beynəlxalq şeir və ədəbiyyat festivalı keçirilir

İstanbulda X Beynəlxalq şeir və ədəbiyyat festivalı keçirilir. SİA-nın məlumatına görə, festival Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Bəyoğlu Bələdiyyəsinin təşkilatçılığı ilə gerçəkləşib.

Türkiyədən 30, xaricdən isə 20 gənc şair və yazarın qatılacağı festivalda ölkəmizi gənc şairlər Şəhriyar Del Gerani və Fərid Hüseyn təmsil edir.

Festival bu gün Qrand Perada Senem Diyici Trio konserti ilə açılacaq. Festivalın ilk günündə, həmçinin Gülten Akın, Cemal Süreya, Rasim Özdenören kimi məşhur yazar və şairlərin gənc yaşlarında yazdıqları əsərlərdən ibarət “İlk əsərlər sərgisi” də təşkil ediləcək.

Oktyabrın 7-dək davam edəcək festival çərçivəsində bir sıra kitabxana və kitab evlərində şeir axşamları, imza günləri və söhbətlər təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...