Zemfira Səfərovanın “Ölməzlik” kiatbının təqdimat mərasimi keçirilib - FOTOSLAYD
Bu gün Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) Üzeyir Hacıbəyli adına konsert salonunda tanınmış musiqişünas-alim, əməkdar incəsənət xadimi, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərovanın "Ölməzlik. Bessmertie. İmmortality" kitabının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, tədbirdə ABİ-nin sədri, xalq artisti Firəngiz Əlizadə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, 525-ci qəzetin baş redaktoru Rəşad Məcid və başqaları iştirak ediblər.
Tədbiri açıq elan edən ABİ-nin sədri bildirib ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan tədbirlər sırasında bu kitabın təqdimatı xüsusi əhəmiyyət kəsb edir: "Bügunki kitab təqdimatından başqa professor Mənsum Kərimovun rəhbərlik etdiyi ansamblın konsertinə qulaq asacıq. Hətta bu konsertdə yeni bir musiqi alətinin ifasını da eşidəcəyik. Üzeyir Hacıbəyli təkcə Azərbaycanın deyil, eləcə də bütün türk dünyasının dahi bəstəkarıdır. Onun həyatı bu kitabda geniş şəkildə öz əksini tapıb. Hamıya bu kitabı oxumağı və dərindən onu dərk etməyi məsləhət görürəm".
Daha sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qeyd edib ki, Ü.Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə təşkil olunan silsilə tədbirlər Azərbaycan incəsənətinin yüksək səviyyədə inkişaf etməsinə işarədir. "Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarl İttifaqının birgə təşkil etdiyi Beynəlxaql Musiqi Festivalı bir daha sübut edir ki, dahi bəstəkarımız nəinki Azərbaycanda, eləcə də digər Avropa ölkələrində də tanınır. Onun yaradıclığı əsrlər boyu tədqiq olunacaq. Bu kitabın vacibliyi ondan ibarətdir ki, oradakı bütün məqalələr Azərbaycanın keçdiyi dövrləri əhatə edir. Z.Səfərovanın məqalələri geniş əhəmiyyət kəsb edir. Ü.Hacıbəylinin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr bu kitabda özünü geniş şəkildə biruzə verib. Hesab edirəm ki, kitabın 3 dildə nəşr olunması gələcəkdə digər Avropa ölkələrinin tədqiqatçıları üçün lazımi mənbə rolunu oynayacaq",- deyə nazir əlavə edib.
Tədbirin davamında çıxış edən kitabın müəllifi Zemfira Səfərova vurğulayıb ki, "Ölməzlik" adlı kitabda Üzeyir Hacıbəylinin çoxşaxəli yaradıcılığının müxtəlif sahələrinə həsr olunan məqalələri toplanıb: "Bunlar Azərbaycan, rus və ingilis dillərindədir. Bu məqalələrin hamısı əvvəllər Azərbaycanın və xarici ölkələrin mətbuatında- kitablarda, dərgilərdə, qəzetlərdə çap olunub. Topluda onlar dil və mövzu üzrə qruplaşdırılan, mənbələr göstərilib".
Professor Mənsum Kərimov bildirib ki, bu gün nusəl adlı alətin təqdimi olacaq: "Nusəl xromatik musiqi alətidir. Bu musiqi alətində ikili səs mövcuddur. Onu da qeyd edim ki, bu alət 1 həftədir ki bərpa olunub. Z.Səfərova artıq 45 ildir ki, bəstəkarın irsi ilə məşğul olur. O ilk məqaləsini 1965-ci ildə çap etdirib".
Məlumat üçün bildirək ki, "Ölməzlik" adlı məqalələr kitabı bəstəkarın anadan olmasının 125 illiyinə həsr olunur, mütəxəsislərə, geniş oxucu kütləsinə ünvanlanıb.
Kitabın rəyçisi xalq artisti, professor Fərhad Bədəlbəyli, redaktoru isə Nazim İbrahimovdur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB