“Mənim Yay Tətilim-2017”

2017-ci ilin iyun ayında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, Azərbaycan Dövlət Rəsm Qalereyasının və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Mənim Yay Tətilim-2017” Respublika Uşaq Rəsm Müsabiqəsi elan olunub. SİA-nın məlumatına görəmuşdur. Müsabiqənin yekun sərgisi 6 oktyabr 2017-ci il saat 16:00-da tarixində Xətai Sənət Mərkəzində keçiriləcək. SİA-nın xəbərinə görə, müsabiqə məktəblilərin yay istirahətlərinin zövqlü keçməsi və tətil ərzində diqqətini çəkən hadisələri öz düşüncələri ilə tabloda əks etdirmək bacarıqlarını inkişaf etdirmək məqsədi ilə həyata keçirilib. Müsabiqədə 430-dən çox uşaq 900-ə yaxın rəsm işi ilə iştirak edib. Sərgidə 130 uşağın 140 işinin nümayiş olunması nəzərdə tutulur.

Müsabiqədə Lənkəran şəhər uşaq rəssamlıq məktəbi, Şəki Uşaq Rəssamlıq Məktəbi, Zığ qəsəbəsi Mədəniyyət evinin rəssamlıq kursu, Xırdalan qəsəbəsindəki “Uğur” Tədris Mərkəzi, Xırdalan AAAF park nəzdində Uşaq Akademiyası hazırlıq kursları, Günəşli “Elif” Tədris Mərkəzi, “Art House Baku” studiya, “Gunxan art” studiya, “Даша следопит” Uşaq Bağçası, Meridian Tədris Mərkəzi, “Gun Art” Studio, Avropa Azərbaycan Məktəbi, “Mələk” Art Studiya, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, o cümlədən, Qax, Xırdalan, Binəqədi, Suraxanı, Səbail, Ağdaş, Sumqayıt, Lənkəran, Sabunçu və başqa bölgələrin məktəbliləri xüsusi fəallıq göstəriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə