Bu gündən etibarən “YARAT” Müasir İncəsənət Mərkəzi emalatxanalarını birgünlük ziyarətçilərin üzünə açacaq. SİA-nın məlumatına görə, burada çalışan rəssamlar qonaqlara öz əsərlərini təqdim edəcək, müxtəlif mövzulu seminarlar keçirəcək və biliklərini iştirakçılarla bölüşəcəklər. Öz yollarını peşəkar incəsənət dünyasında axtaran gənc istedadları dəstəkləmək üçün “ARTIM LAB” layihəsi haqqında müzakirələrlə yanaşı, əlavə məlumatlar, həmçinin rəssamların incəsənət proqramlarında uğurlu iştirakını istiqamətləndirən əsərlərin nümunələri təqdim ediləcək. Tədbirdə, həmçinin “Postsovet məkanında memarlıq”, “Portfolio və incəsənət nəşri”, “Elektron musiqi” və digər mövzularda seminarlar, rəssamlarla görüşlər və yaradıcılıq müzakirələri aparılacaq.
Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB