“Pəncərə” və “Sazlı-sözlü Sibir” hekayə toplular kitablarının təqdimatı keçirilib
Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mədəniyyət və Turizm nazirliyinin dəstəyi ilə "525-ci kitab" kitab seriyasından nəşr olunan daha iki iktabın – tanınmış naşirlər Natiq Rəsulzadənin "Pəncərə" və İmir Məmmədlinin "Sazlı-sözlü Sibir" hekayə toplular kitablarının təqdimatı keçirilib. SİA-nın məlumatına görə, seriyanın digər kitabları kimi bu kitablar da "Mütərcim" nəşriyyatında çap olunub. Seriyanın rəhbəri AYB-nin gənclər üzrə katibi Rəşad Məcid, seriyanın tərtibçisi şair Sədim Babullaoğludur.
Əməkdar incəsənət xadimi, yaradıcılığı "Şöhrət" ordeni ilə qiymətləndirilən, bir çox beynəlxalq və milli ədəbi mükafatların sahibi olan Natiq Rəsulzadənin indiyə qədər həm rus dilində, həm də bir çox dünya dillərində onlarla kitabları nəşr olunsa da bu müəllifin Azərbaycan dilində olan ilk kitabıdır.
Kitaba daxil olan və mövzuları müasir Azərbaycan üçün aktual olan "Sazlı-sözlü Sibir", "Yeddiqatlı məsələlər", "Aşıq Qəribin Bakı səfəri", "Dördüncü vaqon" və "Artım" novellaları çap olunub. Kitabın arxa üzündə nasirin yaradıcılığı haqında tanınmış gürcü və Azərbaycan ədiblərinin fikirlərindən fraqmentlər yer alıb.
Tədbirdə Rəşad Məcid, Səlim Babullaoğlu, Çingiz Abdullayev, Vaqif Yusifli iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB