Heydər Əliyev Sarayında Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində "Əbədi musiqi" adlı konsert baş tutub. SİA-nın məlumatına görə, "Mədəniyyət" kanalının təşkilatçılığı ilə ərsəyə gələn layihədə görkəmli vokal ifaçıları - Fidan Hacıyeva, Gülnaz Ismayılova, Cahangir Qurbanov, Afaq Abbasova, Anar Şushalı, Inarə Babayeva və başqaları iştirak ediblər. Azərbaycan klassik opera və operettalarından ən gözəl parçalar ifa olunan konsertdə Üzeyir Hacıbəyli yaradıcılığına böyük nəzər salınıb. Konsertdə həmçinin gənc vokalçıların da yer alması böyük rəğbətlə qarşılanıb. Konsert boyu ifaçıları əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyovun bədii rəhbərliyi ilə Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestri müşayiət edib.
Konsert proqramı geniş tamaşaçı kütləsi tərəfindən alqışlarla qarşılanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB