Smolensk DİA-nın nümayəndələri ATMU-da

Smolensk DİA-nın nümayəndələri ATMU-da

Azərbaycan Turizm və Menecment Universitetində Rusiya Federasiyası Smolensk Dövlət İdman Akademiyasının nümayəndələri ilə görüş keçirilib. SİA-nın məlumatına görə, adıkeçən universitetin müvafiq struktur rəhbərlərinə ATMU-nun fəaliyyət tarixi, tədris prosesi, strateji hədəfləri və beynəlxalq əlaqələr sferasında təmsilçiliyin coğrafiyasına dair şəxsən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov tərəfindən ətraflı məlumat verilmişdir. İşgüzar müstəvidə keçmiş görüş zamanı əsasən universitetlərarası əməkdaşlığın mümkün detalları müzakirə olunub.

Smolensk Dövlət İdman Akademiyasının məsul nümayəndələri ATMU ailəsi tərəfindən səmimi qarşılandıqlarına görə universitetin rektoru İlham Mədətova təşəkkürlərini bildiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə