Azərbaycan filmi beynəlxalq mükafata layiq görülüb

Azərbaycan filmi beynəlxalq mükafata layiq görülüb

“Azərbaycanfilm” kinostudiyasının istehsalı olan “Çölçü” filmi Kəlküttə beynəlxalq “Cult” filmləri festivalının “Golden Fox Awards” (“Qızıl tülkü”) mükafatının qalibi olub.

Kinostudiyadan SİA-ya verilən məlumata görə, Hindistanın Kəlküttə şəhərində dekabrın 5-6-da keçiriləcək festivalın mükafatlandırma mərasiminə filmin rejissoru Şamil Əliyev dəvət alıb.

Qeyd edək ki, “Çölçü” bədii filmi indiyədək 32 beynəlxalq kinofestivalda və forumda nümayiş olunub və müxtəlif mükafatlar qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə