Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri
Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Tətbiqi Tədqiqatlar Fondu və Azərbaycan Turizm və Menecment Universitetinin birgə həyata keçirdiyi “Azərbaycanın milli maraqlarının müdafiəsi istiqamətində regionda və dünya miqyasında təbliğat işlərinin aparılması üçün materialların hazırlanması və KİV-də yerləşdirilməsi” layihəsi çərçivəsində ali təhsil müəssisəsində “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri” mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan ATMU-nun rektoru İlham Mədətov seminar iştirakçılarını salamlayaraq, qoyulan mövzunun əhəmiyyətini detallı şərh edib.
Rektor diqqətə çatdırıb ki, Azəbaycan xalqınıın təkidli çağırışı ilə 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ölkəmizin siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcını qoyub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi "Əsrin müqaviləsi" Azərbaycanın bir dövlət kimi tanınmasına, dünya iqtisadi sisteminə qoşulmasına və beynəlxalq aləmdə mövqeyinin möhkəmləndirilməsinə şərait yaradıb. Beynəlxalq neft sazişlərinin imzalanması ilə neft sazişlərində iştirak edən dövlətlərlə səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı üçün əsaslı təməl qurulmuş, ölkənin geosiyasi mövqeyinin daha da möhkəmlənməsi ilə bərabər, dünya iqtisadiyyatına inteqrasiya prosesinin sürətlənməsinə səbəb olub.
Dövlətin artan maliyyə imkanları hesabına ölkədə mühüm investisiya, o cümlədən regional proqramların və infrastruktur layihələrin maliyyələşdirilməsinə şərait yaranıb. Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət proqramları çərçivəsində ölkənin bütün bölgələrində və Bakı şəhərində müxtəlif infrastruktur layihələri həyata keçirilir, təhsil, sosial və digər obyektlərin inşası uğurla davam etdirilir.Bu gün ATMU-da “Azərbaycanın neft strategiyası və onun müasir dövrdə nəticələri “mövsusunda seminarın təşkilini təqdirəlayiq tədbirlərdən biri olduğunu qeyd edib.
Seminarda iqtisadçı ekspert Vüqar Bayramov “Əsrin müqaviləsi və onun Azərbaycan respublikasının müasir həyatında əhəmiyyəti”, ”İki sahil “qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “Azərbaycanın Avropa və digər dünya ölkələrinin enerji təhlükəsizliyində rolu və onun dünya mətbuatında işıqlanması”, ATMU İctimai fənlər kafedrasının müdiri, Tətbiqi Tədqiqatlar Fondunun sədri Ibrahim Əliyev ”Neft amili və və onun Azərbaycanın dünyada maraqlarının təsdiqinə təsiri”mövzusunda məruzə ilə çıxış ediblər.
Məruzələrdə Ulu Öndər Heydır Əliyevin əsasını qoyduğu və həyata keçirdiyi neft strategiyasının Azərbaycanın həyatında oynadığı əvəzolunmaz rolundan, onun öklənin ictimai həyatının müxtəlif sahələrinə göstərdiyi əsaslı təsirindən danışılmış, onun müxtəlif aspektləri təhlil edilib. Xüsusi olaraq qeyd olunub ki, müstəqillik dövründı ardıcıl, məqsədyönlü şəkildə həyata keçirilən neft strategiyası müasir Azərbaycan dövlətinin hazırkı durumunu təmin edilməsində mühüm rol oynayıb. Bu gün Azərbaycan düzgün iqtisadi inkişaf kursu sayəsində təkcə özünün problemlərini həll etmir, həm də region ölkələrinin dəstəklənməsinə böyük töhfələr verir. Azərbaycan Avropanın və dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində öz möhkəm yerini tutur. Azərbaycan Respublikası regionun lider dövlətlərindən birinə çevrilməklə həm regionda, həm də dünya miqyasında öz sözünə və sanbalına malik bir dövlət kimi tanınmaqdadır.
Məruzələr ətrafımnda çıxışlarda daha geniş müzakirələr aparılmış, Azərbaycanın maraqlarının dünyada daha geniş dəstəklənməsi istiqamətdə iş aparılmasının vacibliyi vurğulayıb, məsələ üzrə konkret təkliflər irəli sürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB