“Kənddə sonuncu yəhudi” ən yaxşı filmi seçilib

“Kənddə sonuncu yəhudi” ən yaxşı filmi seçilib

Azərbaycanlı rejissor, aktyor, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının və Azərbaycan Professional Kinorejissorlar Gildiyasının üzvü Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi Böyük Britaniyanın Romford film festivalı çərçivəsində 2017-ci ilin ən yaxşı filmləri siyahısına salınıb. SİA-nın məlumatına görə, film oktyabrın 6-dan 9-dək Londonda baş tutacaq festivalda nümayiş etdiriləcək və festivalın “Rommy” mükafatı uğrunda mübarizə aparacaq. Film ailəsi, qohumları İsrailə köçsə də doğulduğu kəndi tərk etməyib Azərbaycanda qalmağı seçən 83 yaşlı Meir Manaşirovdan bəhs edir.

Böyük Britaniyanın tanınmış aktyorları Vinston Ellis, Kassandra Frenç, Samüel Anderson Romford film festivalın jüriləri sırasında təmsil olunublar.

Qeyd edək ki, Rüfət Əsədovun “Kənddə sonuncu yəhudi” sənədli filmi İsrailin Afula şəhərində keçirilmiş “Near Nazaret” film festivalında nümayiş olunub və festivalın iki diplomuna layiq görülüb. Diplomun biri xalqlar arasında anlaşma və dostluğun möhkəmlənməsinə görə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə