Sentyabrın 29-da, saat 19.00-da Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında Fikrət Əmirovun 2 pərdəli baleti olan "Min bir gecə" nümayiş olunacaq. Bu barədə SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva məlumat verib. Məlumata görə, tamaşanın librettosu-Nailə Nəzirova, Maqsud və Rüstəm İbrahimbəyova məxsusdur.
Tamaşanın dirijoru xalq artisti Cavanşir Cəfərov, quruluşçu baletmeysteri Əməkdar İncəsənət Xadimi Nailə Nəzirova, quruluşçu rəssamı xalq rəssamı, dövlət mükafatı Laureatı Toğrul Nərimanbəyov, xormeysteri əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
Baş rollarda əməkdar artistlər Kamilla Hüseynova İslam İslamov və Yelena Skomoroşenko, aktyor Edvard Arazov və başqaları çıxış edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB