“Sahə” bədii filmi Asia Pacific Screen Awardsın konkurs proqramına daxil edilib

“Sahə” bədii filmi Asia Pacific Screen Awardsın konkurs proqramına daxil edilib
"Narimanfilm" kinostudiyasının istehsalı olan "Sahə" bədii filmi ( ssenari müəllifi və quruluşçu-rejissor İlqar Safat) Asia Pacific Screen Awardsın (APSA) konkurs proqramına daxil edilib. Bu barədə SİA-ya kinostudiyadan məlumat verilib. Məlumata görə, Asia Pacific Screen Awards (APSA) Asiya və Sakit Okean regionunun kinoindustriyasını tam əhatə edərək geniş tamaşaçı kütləsinə regionda kino sahəsində görülən işlər haqqında məlumat verməklə yanaşı kinobazarının genişləndirilməsi məqsədini daşıyır.

"Sahə" bədii filmi (The Precinct) məşhur fotoqrafın öz uşaqlıq dövrünə olan mistik səyahətindən danışır.

Məlumat üçün bildirək ki, film Azərbaycan (Narimanfilm) və Gürcüstan (Georgianfilm və Bagirafilms) ölkələrinin müştərək istehsalı olub, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və həmçinin, PAŞA Bank-ın iştirakı ilə ərsəyə gətirilib.

Qeyd edək ki, filmdə baş rolları Zaza Bejaşvili (Gürcüstan), Melissa Papel (Fransa), Vaqif İbrahimoğlu (Azərbaycan) ifa ediblər. Quruluşçu operatorlar Konstantin (Mindia) Esadze və Varlam Karçxadze, quruluşçu rəssamlar Rəna Əffəndi və Törəxanım Ağabəyova, bəstəkar Andrey Doynikov, filmin prodüseri Nəriman Məmmədovdur.

Fim haqqında daha geniş məlumatı www.theprecinct.az və www.narimanfilm.az saytlarında tapmaq olar.

Bütün xəbərlər Facebook səhifəmizdə