Karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçirilib
Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi alonunda karikaturaçı rəssam Hafiz Nəsiroğlunun fərdi sərgisi keçirilib. SİA-nın məlumatına görə, sərgi Əzim Əzimzadənin 130 illik yubileyi ilə əlaqədar olaraq təşkil olunub. Sərgidə rəssamın 100-dən çox əsəri nümayiş etdirilib.
Sərginin açılış mərasimində xalq rəssamı Arif Hüseynov, Milli Məclisin deputatı Gülər Əhmədova, xalq artisti Yaşar Nuri və başqaları çıxış edərək karikatura kimi çətin janrda fırçasını uğurla sınayan rəssamı Əzim Əzimzadə məktəbinin layiqli davamçısı adlandırıblar.
Sonda Hafiz Nəsiroğlu sərginin ərsəyə gəlməsində ona yardımçı olan insanlara, eləcə də tədbirin iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, sərgi Mədəniyyət Və Turizm Nazirliyi, Rəssamlar İttifaqı, Karikaturaçı Rəssamlar Birliyinin və "Kirpi" satira-yumor jurnalının birgə təşəbbüsü ilə baş tutub.
Məlumat üçün bildirək ki, Hafiz Nəsiroğlu 1950-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Texniki peşə məktəbinin tərtibçi-rəssam şöbəsini bitirib. Uzun illər mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərib. 1983-cü ildən "Kirpi" satira-yumor jurnalında rəssam kimi çalışıb. 1992-ci ildən "Kirpi" jurnalının baş rəssamı kimi fəaliyyət göstərib. Dəfələrlə beynəlxalq karikatura müsabiqələrində iştirak edib, bir çox mükafatlara layiq görülüb. 1997-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 2008-ci ildən Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB