“Üzeyir Hacıbəyli- 125” Festilvalına Tang simli kavrtetinin konseri ilə yekun vurulub

Bu gün Beynəlxalq Muğam Mərkəzində dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibəti ilə keçirilən festivalın yekunu olaraq Tang simli kavrtetinin konserti keçirilib. SİA-nın məlumatına görə, konsert izləyicilərin böyük marağına səbəb olub. Konsert Sinqapurun Tang simli kavrtetinin müşayiəti ilə olub.

Solistlərin içərisində Yu-Ying NG (I violin), Chek Meng ANG (II violin), Han Ling OH (viola), Leslie TAN (violonçel) iştirak ediblər.

Konsertin proqramında L.W. Bethovenin "Böyük fuqa", Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadənin "Oazis"i və Muğamsayağı, S. Barberin "Simli kvartet"i yer alıb.

Məlumat üçün bildirək ki, Tang Kvarteti Sinqapurun ilk klassik simli kvartetidir. Simli kvartet 1992-ci ildən yaradılıb. 1999-cu ildən geniş konsert fəaliyyətinə başlayıb. İfaçıların soyadlarının əksi olan "Tang" adlı Tanq sülaləsi mədəniyyətinin qızıl dövrünü simvolizə edir. Dünyanın bir çox ölkələrində uğurla çıxış edən kvartet "Catherine Joseph Joachim Kammermusik wettbewerb", "Weimar" (Almaniya) və bir sıra beynəlxalq müsabiqələrin laureatı olub.

Qeyd edək ki, Üzeyir Hacıbəylinin 125 illik yubileyi ilə bağlı təşkil edilən festival sentyabrın 18-də Heydər Əliyev Sarayında keçirilən təntənəli konsert proqramı ilə açılıb. Bununla yanaşı, sentyabrın digər günlərində müxtəlif mədəniyyət yerlərində yubilyara həsr olunan maraqlı tədbirlər keçirilib. Bugünkü keçirilən simli kvartetin konserti isə festivalın sonuncu tədbiri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə