Nazir bir sıra rəsmi görüşlər keçirib FOTO

Nazir bir sıra rəsmi görüşlər keçirib FOTO

Nazir Əbülfəs Qarayevin BMÜTT-nin 22-ci Baş Assambleyası çərçvisəsində bir sıra rəsmilərlə görüşləri baş tutub. SİA-nın məlumatına görə, nazir İran İslam Respublikasının vitse-prezidenti, Mədəni irs, Əl işləri və Turizm Təşkilatının rəhbəri Əli Əsgər Munesan və Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Numan Kurtulmuş ilə ikitərəfli görüşlər keçirib.

İran rəsmisi ilə görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, mədəni irs sahəsində həm ikitərəfli qaydada, həm də YUNESKO və digər beynəlxalq təşkilatar çərçivəsində birgə layihələrin həyata keçirilməsi barədə müzakirələr aparılıb. Nazir Ə.Qarayev İran rəsmisini ölkəmizə səfərə dəvət edib.

Daha sonra Türkiyəli həmkarı görüşdə mədəniyyət və turizm sahələrində qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparılıb. Hər iki nazir iki ölkənin dövlət başçılarının müdrik siyasəti nəticəsində formalaşan möhkəm dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə əməkdaşlığa töhfə verdiyini təsdiqləyərək bir sıra vacib layihələrin qısa müddətdə həyata keçirilməsini qərara alıblar. Belə ki, görüşdə yaxın aylarda Azərbaycan və Türkiyə Mədəniyyət və Turizm Nazirliklərinin nümayəndələrindən ibarət Turizm üzrə işçi qrupunun görüşünün keçirilməsi, YUNESKO çərçivəsində xalqlarımızın ortaq mədəniyyətini əks etdirən nümunələrin birgə təqdim edilməsi, xüsusilə TÜRKSOY ilə bu sahədə münasibətlərin dərinləşdirilməsinin vacibliyi qeyd edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə