“Mənim yay tətilim-2017” başa çatıb

“Mənim yay tətilim-2017” başa çatıb

Xəbər verdiyimiz kimi, Bakı Xətai Sənət Mərkəzində elan edilən “Mənim yay tətilim-2017” respublika uşaq müsabiqəsi başa çatıb. SİA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşan müsabiqə məktəblilərin yay tətil xatirələrini rənglərlə anlatma bacarıqlarını təkmilləşdirmək məqsədilə təşkil edilib. Müsabiqəyə 430-dən çox balaca fırça ustası 900-dək əl işi ilə qatılıb. Bu müsabiqədə əsasən Lənkəran, Şəki Şəhər Uşaq Rəssamlıq məktəbləri, Zığ qəsəbəsi Mədəniyyət Evi uşaq rəssamlıq kursu, Xırdalan qəsəbəsində yerləşən “Uğur” Tədris Mərkəzi, Xətai Uşaq Rəsm Yaradıcılıq Studiyası, o cümlədən Qax, Binəqədi, Suraxanı, Sabunçu və digər rayonlardan olan məktəblilər fəallıq göstərib.

15 yaşadək fırça ustalarının qatıldığı müsabiqədə ən çox uşaqların öz duyğuları ilə işləmiş olduğu əsərlərə üstünlük verilib. Yaxın vaxtlarda toplanmış əsərlərdən ibarət sərginin açılacağı nəzərdə tutulur. Qaliblər diplom və müxtəlif mükafatlarla təltif ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə