Rusiya Federasiyasının Moskva şəhərinə təcrübə səfəri

Rusiya Federasiyasının Moskva şəhərinə təcrübə səfəri

Regional Mədəniyyət və Turizm İdarələrinin rəhbərlərinin beynəlxalq təcrübəsinin artırılması məqsədilə Mədəniyyət və Turizm Nazirliyini təmsil edən nümayəndə heyəti bu günlərdə Rusiya Federasiyasına səfər edib. SİA-nın məlumatına görə, nümayəndə heyətinin tərkibində Nazirliyin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Namiq Qulamov, Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli, Gəncə, Sumqayıt, Xaçmaz və Biləsuvar Regional Mədəniyyət və Turizm İdarələrinin rəhbərləri (Sənan Hacıyev, Mehman Şükürov, Nazim Ağayev və Elçin Hüseynov) olub.

Səfər çərçivəsində Moskva şəhərinin bir sıra mədəniyyət ocaqları – Moskva Muzey İnkişafı Mərkəzi, Moskva çoxfunksiyalı Mədəniyyət Mərkəzi, “ZİL” Mədəniyyət Mərkəzi, Qaydar adına Dövlət Mərkəzi Uşaq Kitabxanası, Qoqolun xatirə evi, Puşkin adına kitabxana, Rixter adına Uşaq İncəsənət Məktəbi, “QULAQ” Dövlət Tarix muzeyinə baxış keçirilmiş, bu müəssisələrin iş fəaliyyəti, o cümlədən büdcədənkənar vəsaitlərin cəlb edilməsi, mədəniyyət işçilərinin əməyinin stimullaşdırılması mexanizminin təkmilləşdirilməsi təcrübəsi ilə yerində tanışlıq olub.

Baxış keçirilən müəssisələrin rəhbər və kollektivləri ilə keçirilən müzakirələr zamanı Azərbaycanda mədəniyyət sahəsində aparılan struktur islahatları, son dövrdə bu istiqamətdə görülən tədbirlər barədə ətraflı məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə