“Tarixi-mədəni irsin qorunması və təbliği problemləri” mövzusunda beynəlxalq elmi konfransın açılışı olub

Bu gün Muzey Mərkəzində "Tarixi-mədəni irsin qorunması və təbliği problemləri" mövzusunda beynəlxalq elmi konfransın açılışı olub. SİA-nın məlumatına görə, konfransı Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutu təşkil edib.

Konfransın işində Azərbaycanlı mütəxəsislərlə yanaşı Qazaxıstan, Özbəkistan, Türkmənistan, Türkiyə və İrandan gələn alimlər də iştirak edib.

Tədbirdə Azərbaycan tərəfini Memarlıq və İncəsənət İnstitutundan başqa, Mədəniyyət və Turizm Nazirliyi, Memarlıq və İnşaat Universiteti, Azərbaycan Memarlıq İttifaqı, AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutundan olan məruzəçilər də təmsil edib.

Konfransın həmsədrləri Memarlıq və İncəsənət İnstitutunun direktoru, professor Ərtəgin Salamzadə və Qazaxıstan Memarlıq-İnşaat Akademiyasının professoru Gülnarə Abdrasilovadır. İştirakçılar 20 məruzə dinləyərək onları müzakirə ediblər.

Konfransda aşağıdakı problemlər nəzərdən keçirilib:

- Azərbaycan mədəni-irsi abidələrinin qorunması vəziyyəti; - İrsin qorunması, bərpası və təbliği sahəsində Türkiyə, İran və MDB ölkələrinin təcrübəsi; - YUNESKO-nun Dünya irsi siyahısına daxil edilən İçərişəhər qoruğunun memarlıq abidələrinin konservasiyası metodları; - Tarixi memarlıq irsinin Beynəlxalq dərketmə turizminin inkişafında rolu; - Şəhər mühitinin dizaynında tarixi-mədəni irsin təbliğinin üzərinə düşən vəzifələr; - Türk mədəni-irsinin qorunmasına, onun eyniyyəti, təfsiri və təbliği məsələlərinə xüsusi diqqət ayrılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə