Opera və Balet Teatrı yeni mövsümü “Leyli və Məcnun”la açacaq
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı yeni -109-cu teatr mövsümünü sentyabrın 19-da Ü.Hacıbəylinin “Leyli və Məcnun” operası ilə açacaq. Teatrdan SİA-ya bildirilib ki, səhnə əsərində Məcnun rolunu xalq artisti Mənsum İbrahimov, Leyli obrazını isə gənc solist Arzu Əliyeva ifa edəcək.
Tamaşada digər rolları əməkdar artistlər Cahangir Qurbanov, Təyyar Bayramov, Sabir Əliyev və başqaları canlandıracaq.
Səhnə əsərini dirijor əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edəcək.
Üzeyir Hacıbəyli IX Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq digər tamaşa - Q.Qarayevin “Yeddi gözəl” baleti isə sentyabrın 24-də təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB