Sentyabrın 25-də Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin birgə təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında Mərkəzin nəzdində yaradılan "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" nun Bakı şəhəri üzrə üzvləri ilə ilk görüşü keçiriləcək. SİA-nın məlumatına görə, görüşdə məqsəd gənc mədəniyyət işçilərinin fəaliyyət istiqamətlərində innovasiya və kreativliyi artırmaq üçün planlamalar, Bakıdakı gənc mədəniyyət işçilərinin daimi olaraq əlaqədə qalmaları və informasiya mübadiləsi üçün virtual müstəvidəki fəaliyyətin aparılması, Azərbaycan milli mədəni irsinin Bakıda qonaq olan turistlərə düzgün çatdırılması, işgüzar yaradıcı mühitdə daha effektiv koordinasiya işlərinin görülməsi və regionlardakı gənclərin ideya zənginliyinin artırılması istiqamətində işlərin fəallaşdırımasıdır.
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalovun və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin iştirakı ilə keçiriləcək tədbirə şəhərin bütün rayonlarını əhatə edən 200 nəfərədək gənc mədəniyyət işçisinin iştirakı gözlənilir.
Görüşdə sahənin cəmiyyətdəki nüfuzu, dövlətimizin inkişafında və xalqın rifahında mədəniyyət amili, təşəbbüskarlıq və kreativlik, müasir düşüncə və mənəvi sərvətimiz olan adət-ənənələrimiz, fəaliyyətimizin müasir formaları, mədəniyyət müəssisələrinin sosial imici, əməkdaşların peşəkarlığı, Azərbaycançılıq ideologiyasının təbliğində mədəniyyət müəssisələrinin rolu, vətənpərvərlik və mədəniyyət, sərbəst fəaliyyət, məhdud şərait və tükənməz arzular, bacarıqlarımızın və istəklərimizin nisbəti, əlavə maliyyə qazancı olan qrantlarla iş və s. mövzuların müzakirəsi nəzərdə tutulub.
Qeyd edək ki, daha öncə "Gənc mədəniyyət işçilərinin koordinasiya kreativ qrupu" ümumrespublika toplantısından başlayaraq region kreativləri ilə bir çox görüş və tədbirlər keçirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB