Azərbaycan Dövlət "Yuğ" Teatrı yeni mövsümdə yeni tamaşalarla çıxış edəcək. Sənət ocağı cari mövsümdə Təranə Vahidin "Quş dili" və Qan Turalının "Polkovnikin üç günü" əsərləri əsasında hazırlanan tamaşalarla teatrsevərlərin görüşünə gələcək.
Bu sözləri SİA-ya teatrın mətbuat xidmətinin rəhbəri deyib. Bundan başqa, sənət ocağının yaradıcı kollektivi H.İbsenin "Vahimə " əsərləri əsasında hazırlanan tamaşanı da teatrsevərlər üçün təqdim etməyi planlaşdırır. Qeyd edilən tamaşaların premyeraları oktyabr ayına nəzərdə tutulub.
Səhnə əsərləri A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının səhnəsində təqdim olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB