Çində DTT Baş Assambleyasının sessiyası keçiriləcək

Çində DTT Baş Assambleyasının sessiyası keçiriləcək

Sentyabrın 11-dən 16-dək Çinin Çendu şəhərində Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının (UNWTO) Baş Assambleyasının 22-ci sessiyası keçiriləcək. SİA-nın məlumatına görə, tədbirdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərliyi ilə Azərbaycan nümayəndə heyəti də iştirak edəcək.

Qurumun saytında yer alan məlumatda bildirilir ki, mindən çox nümayəndəni əhatə edəcək sessiyada BMT-nin Dayanıqlı İnkişafın Məqsədlərinə turizmin töhfəsini necə artırmaq məsələləri müzakirə olunacaq, təşkilatın 2018-2019-cu illərdə fəaliyyət istiqamətləri müəyyənləşdiriləcək.

Sessiyanın gündəliyinə turizm və Dayanıqlı İnkişaf Məqsədləri üzrə debatların keçirilməsi, intellektual turizmə dair xüsusi sessiya, Dünya Turizm Təşkilatının Turizm üzrə Qlobal Kodeksini beynəlxalq konvensiyaya çevirmək, turizm sektorunda cari tendensiyalar və digər məsələlərin müzakirəsi daxil edilib. Assambleyada, həmçinin təşkilatın növbəti illər üçün fəaliyyət istiqaməti və əsas prioritetləri müzakirə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə