Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsveçrə Konfederasiyasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Filip Stalderi qəbul edib. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri və əməkdaşlığın perspektivləri müzakirə edilib.
Səfir hazırda ölkəmizdə turizmin sürətlə inkişaf etdiyini vurğulayaraq Azərbaycanın bölgələrinə səfərlərinin təəssüratlarını bölüşdü. Qonaq eyni zamanda mədəniyyət sahəsində əməkdaşlığın əhəmiyyətini qeyd edib.
Əbülfəs Qarayev 2009-cu ildə İsveçrədə keçirilən Azərbaycan mədəniyyət tədbirləri barədə məlumat verdi və gələcək əməkdaşlıq üçün geniş perspektivlərin mövcud olduğunu bildirib.
Səfir F.Stalder Əbülfəs Qarayevə İsveçrənin Federal Kansleri Valter Törnherin 23-26 yanvar 2018-ci il tarixində keçiriləcək Davos Forumu çərçivəsində baş tutacaq mədəniyyət nazirlərinin konfransına dəvət məktubunu təqdim edib.
Əbülfəs Qarayev dəvətə görə təşəkkür etdi və Davos Forumu çərçivəsində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılan “Bakı Prosesi”nin 10 illik yubileyi münasibətilə keçiriləcək tədbirlərin təqdimatlarının edilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.
Sonda səfir səmimi qəbula görə Əbülfəs Qarayevə minnətdarlığını bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB