Gəncə Dövlət Kukla Teatrının yeni mövsümü FOTOLAR

Gəncə Dövlət Kukla Teatrının yeni mövsümü FOTOLAR

Gəncə Dövlət Kukla Teatrı sentyabrın 19-da 32-ci teatr mövsümünü Üzeyir Hacibəylinin “Məşədi İbad” tamaşası ilə açacaq. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya bildiriblər ki, tamaşanın quruluşçu rejissoru Əməkdar Artist Rauf Avşarov, quruluşçu rəssamı Xatirə Avşarovadır.

Tamaşada rollarda Əməkdar artistlər Xudayət Əsgərov, Nağəddin Məmmədov və gənc aktrisa Nərmin Şərifova iştirak edirlər.

Mövsümün açılışına “SOS” uşaq kəndinin sakinləri və şəhid ailələrinin uşaqları da dəvət olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə