"Mərasim" tamaşasının premyerası olacaq FOTO

"Mərasim" tamaşasının premyerası olacaq FOTO

Sentyabrın 16-da Səməd Vurğun adına Rus Dram teatrında Ejen İoneskonun "Mərasim" pyesi əsasında hazırlanmış tamaşanın premyerası olacaq. SİA-nın məlumatına görə, tamaşanın quruluşçu rejissor Ərşad Ələkbərov (Sankt-Peterburq), quruluşçu rəssamı isə Azərbaycanın əməkdar mədəniyyət işçisi Olqa Abbasovadır. Musiqi tərtibatçısı Ərşad Ələkbərov, işıq üzrə rəssamı Nikolay Rudıçevdir.

Tamaşada Azərbaycanın xalq artistləri - Fəxrəddin Manafov və Mehriban Zəki, həmçinin teatrın aktyorları – Oleq Əmirbəyov, Həcər Ağayeva, Mariya Duboviskaya, Natiq Hüseynov, kütləvi səhnələrdə isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetinin tələbələri iştirak edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə