Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında

Yuğ Dövlət Teatrının direktoru Beynəlxalq Teatr Festivalında

Yuğ Dövlət Teatrı beynəlxalq münasibətlərin, qarşılıqlı yaradıcılıq mübadiləsinin inkişafı istiqamətində işlərini davam etdirir. SİA-nın məlumatına görə, teatrın direktoru Tərlan Rəsulov İranda keçirilən VI Beynəlxalq Ənənə və Ritual Teatrı adlı Festivalda iştirak etmək üçün Tehrana səfər edib. Beynəlxalq Teatr Festivalı çərçivəsində keçirilən eyniadlı Seminarda (30-31 avqust tarixlərində) T.Rəsulov "Ritual tamaşasında spontan ifaçılıq texnikası" (Spontaneous acting in the ritual performance) adlı məruzə ilə çıxış edib. Qeyd edək ki, seminarda Azərbaycanla yanaşı, dünyanın bir çox ölkələrindən – Efiopiya, Bolqarıstan, Portuqaliya, Fransa, Malayziya, Belçika, Kanada və İrandan nüfuzlu teatr xadimləri iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə