ATMU xarici əlaqələrin genişlənməsində maraqlıdır

ATMU xarici əlaqələrin genişlənməsində maraqlıdır

Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) Peru Respublikasının ölkəmizdəki müvəqqəti işlər vəkili cənab Luis Çanq ilə görüş keçirilib. SİA-nın məlumatına görə, Universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Azərbaycan-Peru əlaqələrindən və iki ölkə arasında mövcud olan münasibətlərin inkişaf tempindən bəhs edib. Struktur rəhbəri söhbət əsnasında diplomat-qonağa Azərbaycan Turizm və Menecment Universitetinin fəaliyyət sferasında önəmli bilinən xarici əlaqələrin tədris, təcrübə, tələbə-müəllim mübadiləsində əhəmiyyətindən, mövcud planlar çərçivəsində gözlənilən genişlənmə tendensiyasından söz açıb. Hər iki ölkədə turizmin müasir vəziyyəti, inkişaf istiqamətləri, o cümlədən həlli vacib bilinən problemlər, ikitərəfli əməkdaşlıq perspektivləri və sair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə