Buxarestdə səfirliklər festivalı keçiriləcək

Buxarestdə səfirliklər festivalı keçiriləcək

Sentyabrın 7-dən 10-dək Rumıniyanın paytaxtı Buxarestdə “Bir dünya” adlı səfirliklər festivalı keçiriləcək. Tədbirdə Azərbaycan filmləri də nümayiş etdiriləcək. SİA-nın məlumatına görə, dörd gün ərzində paytaxt sakinləri “CinemaPro” kinoteatrında Azərbaycan istehsalı olan “Niyyət” və “Qırmızı bağ” filmlərinə baxa biləcəklər.

Artıq 3-cü dəfə təşkil olunan festivalda Rumıniyada akkreditə olunan 50-dən çox ölkənin səfirliyi iştirak edəcək. Festival çərçivəsində hər bir ölkə öz mədəniyyətini, musiqisini, incəsənətini, turizm imkanları və mətbəxini təbliğ etmək imkanı qazanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə