Redyard Kiplinqin “Mauqli” əsəri Azərbaycan dilində çap olunub
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Redyard Kiplinqin Azərbaycan dilində nəşr olunan “Mauqli” əsəri oxuculara təqdim edilib. SİA-nın məlumatına görə, ingilis yazıçısı, şairi və novellaçısı Cozef Redyard Kiplinqin “Mauqli” povestində cəngəllikdə heyvanlar arasında böyüyən hindli uşağın başına gələn macəralardan bəhs edilir.
Nəşrin “Ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, redaktoru nasir, publisist Mustafa Çəmənlidir.
“Təhsil” nəşriyyatinda çap edilən kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB