“Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək FOTOLAR

“Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək FOTOLAR

2017-ci ilin 8 sentyabr tarixində Daşkənd şəhərində “Uzbegim” ənənəvi mədəniyyət festivalı keçiriləcək. SİA-nın məlumatına görə, tədbirə YUNESKO-nun İcraiyyə Şurasının Baş direktoru, BMT-nin Ümumdünya Turizm Təşkilatının Baş katibi, Ginnes rekordlar kitabının Baş redaktoru və digər yüksək səviyyəli nümayəndələr dəvət olunub.

“Uzbegim” ənənəvi mədəniyyət festivalında iştirak etmək məqsədilə 7-11 sentyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Özbəkistan Respublikasına səfər edəcəklər.

Tədbir çərçivəsində “Uzbegim” kitabının təqdimatı olacaq, tətbiqi sənət və qostronomik yarmarka, tətbiqi sənət üzrə ustad dərsləri, folklor şou proqramı, kəndirbazların əyləncəli tamaşaları, həmçinin Ginnesin Rekordlar Kitabına düşmək üçün 4,2 metr diametri, 8 min litr tutumu olan qazanda özbək plovunun hazırlanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə