Həmvətənimiz Mirzə Əsgərovun bədii rəhbəri və dirijoru olduğu M.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) akademik xoru sentyabrın 9-da Moskva şəhərinin 870 illik yubileyi münasibətilə təşkil olunacaq bayram tədbirində iştirak etməyə dəvət olunub. SİA-nın məlumatına görə, MDU-nun akademik xorunda tələbələr, aspirantlar, bu universitetin əməkdaşları və müxtəlif fakültələrin məzunları, habelə həvəskarlar iştirak edirlər. Ümumiyyətlə, xorun repertuarına Rusiya və digər ölkələrdən 200-dən çox bəstəkarın klassik və müasir əsərləri, müxtəlif dillərdə xalq mahnıları daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB