“Bakı Foto 2017”

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində sentyabrın 17-də “Bakı Foto 2017” fotomüsabiqəsinin iştirakçılarının mükafatlandırılması mərasimi keçiriləcək. SİA-nın verdiyi məlumata görə, tədbir çərçivəsində qonaqlar müsabiqə iştirakçılarının əsərlərindən ibarət sərgi ilə tanış olacaqlar.

Sərgidə beş nominasiya üzrə qalib gəlmiş fotoqrafların əsərləri təqdim ediləcək: “İçərişəhər: Dünən, bu gün”, “Portret”, “Təbiət”, “Tədbirlər” və “Bədii fotoşəkil”.

Sərgidə qaliblərin fotoşəkilləri ilə yanaşı, finalçıların da işləri nümayiş olunacaq.

Müsabiqədə çərçivəsində “100 Business Women of Azerbaijan” təşkilatının təsis etdiyi “Qadın fotoqraf” nominasiyasının qalibi də təqdim ediləcək.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə