“Bəşəriyyətin xilası” filmi noyabrda nümayiş etdiriləcək

“Bəşəriyyətin xilası” filmi noyabrda nümayiş etdiriləcək
Keçən il istehsala buraxılan və bu il çəkilişlərinə başlanılan "Bəşəriyyətin xilası" detektiv filminin çəkilişləri başa çatıb. SİA-nın məlumatına görə, "Bəşəriyyətin xilası" cinayət məqsədilə istifadə olunan və adamları zombiləşdirən məhlul hazırlayan alim haqqındadır.

Filmin rejissoru Elxan Cəfərov klassik süjet xətti ənənələrinə sadiq qalaraq xeyrin şər üzərində əbədi qələbəsini önə çıxarıb. Daxili İşlər Nazirliyi və Prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinə həsr edilən ekran əsəri detektiv janrda çəkilib. 1 saat 15 dəqiqəlik filmin ssenari müəllifləri Elza Ağayeva və Ramiz Fətəliyev, quruluşçu operatoru Nadir Mehdiyev, bəstəkarı Aygün Səmədzadə, rəssamı Fikrət Ələkbərovdur.

"Bəşəriyətin xilası"nda rolları Əbdülqəni Əliyev, Xalidə Quliyeva, Gülzar Qurbanova, Kənan Mahmudov, Zemfira Sadıqova, Atabala Səfərov, Elxan Qasımov, Əbdül Mahmudov və başqa aktyorlar ifa edir.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılan filmin təqdimatının noyabr ayında keçirilməsi nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə