S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı tərəfindən daimi saxlanılmaq məqsədilə 351 saxlama vahidi fotosənəd Dövlət Kino– Foto Sənədləri Arxivinə təhvil verilib. Milli Arxiv İdarəsindən SİA-ya verilən məlumata görə, fotosənədlər 2016–2017–ci il teatr mövsümündə sənət ocağının yaradıcılıq fəaliyyətini, teatr xadimlərinin yubiley və xatirə gecələrini əks etdirir.
Hazırda arxivdə qəbul edilmiş fotosənədlər Milli Arxiv Fondunda rəsmiləşdirilir. Hər bir sənəd haqqında məlumat bazası hazırlanır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB