Nazirliyin saytında dəyişiklik

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Turizm Sənayesinin İnkişafına dair Strateji Yol Xəritəsinin müvafiq müddəalarına uyğun olaraq Turizm Şurası təsis edilib. SİA-nın məlumatına görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrliyi ilə fəaliyyət göstərən Turizm Şurası çərçivəsində turizm statistikasının təkmilləşdirilməsinə dair İşçi qrupu yaradılmışdır. İşçi qrupun tərkibinə Mədəniyyət və Turizm Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Miqrasiya Xidməti, Dövlət Sərhəd Xidməti, Dövlət Statistika Komitəsi, Mərkəzi Bank, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Azərbaycan Konqreslər Bürosunun nümayəndələri daxildir.

İşçi qrupun fəaliyyəti nəticəsində Mədəniyyət və Turizm Nazirliyinin rəsmi internet səhifəsi olan mct.gov.az saytında turizm statistikasına dair alt bölmənin yaradılmışdır.

Bu bölmədə Azərbaycana gələn turistlərin sayı, bank kartları vasitəsilə etdikləri əməliyyatlar və digər turizm sahəsi üzrə əsas göstəricilər yerləşdirilmişdir.

Aktiv link: http://www.mct.gov.az/az/turizm-statistikasi

Bütün xəbərlər Facebook səhifəmizdə