“XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabının nəşri başa çatdırılıb

“XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabının nəşri başa çatdırılıb

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Araz Dadaşzadənin “XVIII əsr Azərbaycan lirikası. Məqalələr” kitabının nəşri başa çatdırılıb. SİA-nın məlumatına görə, görkəmli ədəbiyyatşünas alim Araz Dadaşzadənin kitaba daxil edilən “XVIII əsr Azərbaycan lirikası” monoqrafiyasında poetik ədəbi irsimizin mühüm hissəsini təşkil edən lirikanın inkişaf qanunauyğunluqları, məzmunun rəngarəngliyi, forma xüsusiyyətləri, ədəbi metod məsələsi araşdırılıb, həmin dövr poeziyamızın orta əsrlər ədəbi prosesində yeri və əhəmiyyəti müəyyənləşdirilib. Kitabda, həmçinin Araz Dadaşzadənin müxtəlif illərdə dövri mətbuatda nəşr edilən məqalələri yer alıb.

Nəşrin “Ön söz”ünün müəllifi Xalq yazıçısı Elçin, tərtibçiləri Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə və fil.ü.f.d. Aqşin Dadaş-zadədir.

“Təhsil” nəşriyyatinda çap edilən bu kitab Mədəniyyət və Turizm Nazirliyinin tabeçiliyində olan aidiyyəti qurumlara və kütləvi kitabxanalara paylanılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə